Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi zərərdən mənfəətə keçib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi zərərdən mənfəətə keçib
19.03.2024 15:50
Aa
dəq

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2022-ci ili 290 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2021-ci ildən 90 min manat zərərlə çıxmışdı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2022-ci ildə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin gəlirləri 3,928 milyon manat (2021-ci illə müqayisədə 12,1 dəfə çox), ümumi və inzibati xərcləri 1,954 milyon manat (12,9 dəfə çox), əmək haqqı xərcləri 1,687 milyon manat (6,5 dəfə çox), məzənnə fərqindən gəlirləri 2 min manat (2021-ci ildə olmayıb), sair gəlirləri 1 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

2023-cü il yanvarın 1-nə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin akitvləri 57,196 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,3 dəfə çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 96,5 dəfə artaraq 4,826 milyon manata, balans kapitalı isə 21,7 dəfə artaraq 52,37 milyon manata çatıb. Kapitalda kəskin artım dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin 33,9 dəfə artaraq 50,873 milyon manata çatdırılması ilə bağlıdır.

Xatırladaq ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 1 milyon manatdır.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu