Sus kəndində ilk körpə dünyaya gəlib

Sus kəndində ilk körpə dünyaya gəlib
03.07.2024 16:37
Aa
dəq

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.

Həftənin ən çox oxunanları

Ötən ay 23 aptekdə yoxlama aparılıb

Ötən ay 23 aptekdə yoxlama aparılıb
DAVAMIN OXU davamın oxu

Kəlbəcər istiqamətində bəbir müşahidə olunub - FOTO

Kəlbəcər istiqamətində bəbir müşahidə olunub - FOTO
DAVAMIN OXU davamın oxu

Sabah Bakının 4 rayonunda qaz olmayacaq

Sabah Bakının 4 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
DAVAMIN OXU davamın oxu

Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA

Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA
DAVAMIN OXU davamın oxu