Superkubokun qalibi bəlli oldu

Superkubokun qalibi bəlli oldu
15.08.2024 00:56
Aa
dəq

Bu gün İspaniyanın "Real" və İtaliyanın "Atalanta" klubları arasında UEFA Superkuboku matçı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş Polşanın Varşava şəhərində oynanılıb. Oyun Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "kral klubu" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb.

"Real" 2023/24 mövsümündə Çempionlar Liqasının, "Atalanta" isə Avropa Liqasının qalibi olub. 

Qeyd edək ki, bu, futbol tarixində 49-cü UEFA Superkubokudur. 

UEFA Superkuboku

14 avqust

23:00. "Real" (Madrid, İspaniya) - "Atalanta" (İtaliya) - 2:0

Qollar: Valverde, 59, Mbappe, 68

Baş hakim: Sandro Şerer (İsveçrə)

"PGE Narodovy" stadionu

Həftənin ən çox oxunanları