Əsas məzmuna keç

Sumqayıtda itkin düşmüş 23 yaşlı qız axtarılır

Sumqayıtda itkin düşmüş 23 yaşlı qız axtarılır

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri...

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun boyu təxminən 1 metr 60 sm-dir. Orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins , ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #din#şalvar
Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…