“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar
15.04.2024 18:41
Aa
dəq

Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu komandaların bir görüşündə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.

Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012-2013-cü illər mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.

“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir. Mütləq rekord isə 2009-2010-cu illər mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb.

Həftənin ən çox oxunanları