Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Neftçi"ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. Topa ilk toxunuşu 1966-cı ildə bu arenadakı ilk matçda fərqlənmiş Telman Salahov edib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində 8 və 37-ci dəqiqədə Kasimir Ninqa adını tabloya yazdırıb. 90+7-ci dəqiqədə Filip Ozobiç penaltini dəqiq yerinə yetirib.
Qəbələ sayəsində xallarının sayını 34-ə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə hələlik 32 xalla üçüncüdür.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına stadionda yenidənqurmadan sonra ilk oyun olub. Günün ikinci qarşılaşmasında "Zirə" "Qəbələ"nin qonağı olacaq. Tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.