Operativ Məlumat Mərkəzi

“Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub

1 dəq
Paylaş:
“Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub
günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynanılan matç Gəncə...

Martın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynanılan matç Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın heyətində qolları 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5 dəqiqədə isə Rüfət Əhmədov vurublar. Meydan sahiblərindən isə İsa Suliman 80-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra dənizçilər 36 xalla 2-ci, “Kəpəz” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 2-də və 3-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər