Operativ Məlumat Mərkəzi

Sumqatıydan odlu silahdan atəş açan şəxs saxlanılıb

1 dəq
Paylaş:
Sumqatıydan odlu silahdan atəş açan şəxs  saxlanılıb

Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəhər ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.

Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər