"Sulu qar, leysan, şimşək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

"Sulu qar, leysan, şimşək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!
14.09.2024 13:14
Aa
dəq

Sentyabrın 15-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Həftənin ən çox oxunanları

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şimşək, leysan, dolu.. - FAKTİKİ HAVA AÇIQLANDI

Şimşək, leysan, dolu.. - FAKTİKİ HAVA AÇIQLANDI
DAVAMIN OXU davamın oxu

Azərbaycana qar YAĞDI

Azərbaycana qar YAĞDI
DAVAMIN OXU davamın oxu

Sabah bəzi rayonlara dolu düşəcək, qar yağacaq - PROQNOZ

Sabah bəzi rayonlara dolu düşəcək, qar yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu