"Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməz, ona görə də sülhə aparan yeganə yol diplomatiyadır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bu sözləri ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.
"Rusiyanın hərbi potensialı böyük olaraq qalır. Ukraynanın qüdrəti dağılır - heç nə onu dayandıra bilməz. Sülh və danışıqlar qalan yeganə əlverişli variantdır", - amerikalı hərbçi vurğulayıb.
Davisin fikrincə, ABŞ prezident administrasiyasının hazırkı ritorikası, əksinə, siyasi gərginliyin artmasına və NATO ilə Rusiya arasında mümkün hərbi toqquşmaya gətirib çıxarır.