Operativ Məlumat Mərkəzi

Sudan ordusu 11 aydır HDK-nın nəzarətində olan milli televiziya binasını ələ keçirib

1 dəq
Paylaş:
Sudan ordusu 11 aydır HDK-nın nəzarətində olan milli televiziya binasını ələ keçirib
bu barədə xarici KİV məlumat yayıb. Ordudan verilən açıqlamada “Silahlı Qüvvələriniz, digər nizami qüvvələriniz və onlarla çiyin-çiyinə olan...

Sudan Ordusu, təxminən 11 aydır qarşıdurmada olduğu Sürətli Dəstək Qüvvələrinin (HDK) nəzarətində olan milli radio və televiziya binasını ələ keçirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ordudan verilən açıqlamada “Silahlı Qüvvələriniz, digər nizami qüvvələriniz və onlarla çiyin-çiyinə olan xalqımız, millətinin yaddaşı və vicdanı olan Milli Radio və Televiziya Korporasiyasının binasını Dağalu ailəsinin terrorçu milislərindən ələ keçirə bilib”,- deyə qeyd edilib.

Sudan ordusunun son həftələrdə paytaxt Xartumun Omdurman şəhərində həyata keçirdiyi əməliyyatlarda ciddi irəliləyiş əldə etdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər