Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda ard-arda partlayışlar: Ölənlər və yaralılar var

3 dəq
Paylaş:
İranda ard-arda partlayışlar: Ölənlər və yaralılar var

İranda baş verən iki fərqli nəticəsində insan tələfatı qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İraq sərhədi yaxınlığında Ahvaz şəhərində qaz sızması nəticəsində baş verən partlayışda 4 nəfər həlak olub.

Digər bir hadisə isə limanında qeydə alınıb. Yerli rəsmilərin verdiyi məlumata görə, burada baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin səbəbləri hələlik müəyyən edilməyib və araşdırmalar davam edir.

Sosial mediada -Abbasdakı partlayışın hədəfinin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) dəniz donanması komandiri olduğu barədə iddialar yayılsa da, "Tasnim" xəbər agentliyi bu məlumatları təkzib edərək yalan adlandırıb. Digər tərəfdən, "Reuters" agentliyinə danışan iki İsrail rəsmisi ölkələrinin bu hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirib.

Siyasi gərginlik fonunda hadisələr

Bu hadisələr Tehran və Vaşinqton arasında münasibətlərin kəskinləşdiyi bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı müxtəlif variantları nəzərdən keçirdiyi və bölgəyə hərbi donanma göndərdiyi bildirilir. İran Prezidenti Məsud Pezeşkian isə şənbə günü verdiyi bəyanatda ABŞ, İsrail və Avropa liderlərini ölkədəki iqtisadi çətinliklərdən istifadə edərək daxili iğtişaşları qızışdırmaqda ittiham edib.

Qeyd edək ki, Hörmüz boğazında yerləşən Bəndər-Abbas limanı İranın əsas logistika mərkəzlərindən biridir. Ötən ilin aprel ayında burada baş vermiş güclü partlayış nəticəsində onlarla insan ölmüş, 1000-dən çox şəxs yaralanmışdı. Hazırda İran iqtisadi çətinliklərdən qaynaqlanan genişmiqyaslı etiraz aksiyaları ilə mübarizə aparır. Rəsmi mənbələrin "Reuters"ə verdiyi məlumata görə, iğtişaşlar zamanı indiyədək 5000-ə yaxın insan, o cümlədən 500 əməkdaşı həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax