"Qremio"da çıxış edən 36 yaşlı hücumçu Luis Suarez cari mövsümdə Braziliya çempionatının ən yaxşı futbolçusu seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçuya yerli "Qızıl top" verilib.
Ötən mövsüm uruqvaylı 33 matçda iştirak edərək 17 qol vurub və 11 asist edib.
Bu mövsüm "Qremio" turnir cədvəlində ikinci yeri tutub.
Suarez və Braziliya klubu arasında qüvvədə olan müqavilənin müddəti dekabrın sonunda başa çatır. Daha əvvəl mətbuatda Luisin karyerasını MLS-də davam etdirəcəyi bildirilmişdi. Hücumçunun yeni iş yeri "İnter Mayami"olacaq.