Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şamaxıda güclü zəlzələ: FHN-dən son məlumat

1 dəq
Paylaş:
Şamaxıda güclü zəlzələ: FHN-dən son məlumat

Şamaxıda baş verən zəlzələ nəticəsində və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) hər hansı məlumat daxil olmayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə FHN-dən verilib.

Bölgədə ikinci zəlzələ faktı alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yaydığı məlumata görə, yerli vaxtla saat 16:05-də, 3.3 maqnitudalı daha bir təkan baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometr təşkil edib.

Xatırladaq ki, Şamaxı rayonunda ilk təkan yerli vaxtla saat 15:52-də, 4.7 maqnituda gücündə qeydə alınıb. Ocağı 13 kilometr dərinlikdə zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala yaxın hiss olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax