Hörmüz boğazında mayın 11-də son 9 günün ən yüksək ticarət gəmisi keçidi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, dünən Hörmüz boğazından quru yük, LPG, neft məhsulları və taxıl daşıyan 10 ticarət gəmisi keçib.
Bu göstərici mayın 2-də boğazdan 14 gəminin keçməsindən sonra qeydə alınan ən yüksək rəqəm hesab olunur.
Dünən keçid edən 10 gəmidən 5-i Körfəzdən çıxış edib, digər 5-i isə Körfəzə daxil olub.
Gəmilərdən 7-si quru yük, LPG, təmiz neft məhsulları və taxıl daşıyaraq boğazdan keçib.
Gəmilərin əksəriyyəti İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında hərəkət edib.
Argentina mənşəli “Star Nasia” və Kanadadan gələn “Star Despoina” gəmiləri isə İrana taxıl daşıyıb.
Bununla yanaşı, Hörmüz boğazından ticarət gəmilərinin keçidi müharibədən əvvəlki dövrlə müqayisədə hələ də təxminən 95 faiz aşağı səviyyədə qalır.