Əsas məzmuna keç

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Stolüstü Federasiyasının təşkil etdiyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər.

“Şüa İdman Kompleksi”ndə keçiriləcək yarışda iki yaş qrupunda - 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, və qarışıq qoşa növlərində qüvvəsini sınayacaqlar.

Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…