Operativ Məlumat Mərkəzi

Stoltenberq Bakıya gəlib - YENİLƏNİB

1 dəq
Paylaş:
Stoltenberq Bakıya gəlib - YENİLƏNİB
Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş katib...

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Alyansın "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, NATO Baş katibi Bakıdan başlayaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər