Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Stiven Uitkoff: Ukrayna üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

2 dəq
Paylaş:
Stiven Uitkoff: Ukrayna üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

ABŞ prezidentinin xüsusi nümayəndəsi münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə diplomat Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk gününün yekunlarına dair özünün "X" hesabında paylaşım edib.

Uitkoffun sözlərinə görə, ABŞ Ukrayna və arasında keçirilən bu danışıqlarda moderator qismində çıxış edib.

O, hazırkı administrasiyanın münaqişə tərəflərini bir araya gətirməsini böyük uğur adlandırıb və bunun ciddi nəticələrə yol açdığını vurğulayıb.

Xüsusi nümayəndə qeyd edib ki, hər iki tərəf müzakirələrin nəticələri barədə öz ölkə rəhbərlərinə məlumat vermək və yekun razılaşmanın əldə olunması istiqamətində işləri davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Görüşlər "InterContinental Geneva" otelində təşkil edilib. Müzakirələrdə əsas məqsəd sülh sazişinin detallarını razılaşdırmaqdır.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirak etdiyi növbəti raund danışıqlar ictimaiyyətin diqqət mərkəzindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax