Operativ Məlumat Mərkəzi

"ABŞ TRİPP-in hazırlıq mərhələsi üçün 140 milyon dollar ayırıb"

2 dəq
Paylaş:
"ABŞ TRİPP-in hazırlıq mərhələsi üçün 140 milyon dollar ayırıb"
bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə məlumat verib.Paşinyan bildirib ki, hazırda məlum olan investisiya məbləği yalnız layihənin...

ABŞ-nin “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin hazırlıq mərhələsinə yatıracağı investisiyaların həcmi 140 milyon dollar təşkil edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə məlumat verib.

Paşinyan bildirib ki, hazırda məlum olan investisiya məbləği yalnız layihənin ilkin – hazırlıq mərhələsinə aiddir.

“Amerika tərəfinin investisiyalarına gəldikdə, bildiyim qədərilə layihənin hazırlıq mərhələsi üçün artıq 140 milyon dollar ayrılıb. Konkret investisiyaların həcmi isə formalaşacaq layihələrdən asılı olacaq. Bu, ilkin hesablamalarla müəyyənləşəcək, lakin investisiyaların böyük olacağı aydındır”, – deyə o qeyd edib.

Baş nazir ABŞ-nin TRIPP layihəsində 74 faiz pay alacağı ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, investisiyaların yekun məbləğini hazırda dəqiq demək mümkün deyil.

Onun sözlərinə görə, layihə çərçivəsində, o cümlədən dəmir yollarının yenidən tikilməsi zərurəti yarana bilər və bunun üçün texniki-iqtisadi əsaslandırmalar aparılmalıdır.

TRIPP üzrə imzalanmış çərçivə sazişində də tərəflərin payının yatırılan investisiyaların həcmi ilə müəyyənləşdirildiyi qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər