ABŞ ordusunun İrana qarşı hücumları davam edərkən bəzi kritik raket ehtiyatlarında azalma yaşadığı iddia olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı CNN yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, xüsusilə "Tomahawk" tipli yerüstü hücum raketləri və "Standard Missile-3" (SM-3) raketlərinin ehtiyatlarında çatışmazlıq yaranıb.
İlk hücum dalğasının İranın müdafiə qabiliyyətini zəiflətməkdə uğurlu olduğunu deyən rəsmi, növbəti mərhələdə İranın raket istehsalı müəssisələrinin, pilotsuz uçuş aparatlarının (PUA) və donanmasının hədəfə alınmasının planlaşdırıldığını qeyd edib.
Rəsmi həmçinin yaxın bir neçə gün ərzində İrana qarşı hücumların əhəmiyyətli dərəcədə artacağının gözlənildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp da dünən CNN-ə verdiyi müsahibədə bldirib ki, İrana sərt zərbə vurmağa hələ başlamayıblar.