Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Yaxın Şərqə 68 hərbi yük təyyarəsi yerləşdirib?

2 dəq
Paylaş:
ABŞ Yaxın Şərqə 68 hərbi yük təyyarəsi yerləşdirib?

ABŞ üç gün ərzində Yaxın Şərqdəki potensial hərbi yerinə 39 tanker təyyarəsi və 29 ağır hərbi təyyarəsi, o cümlədən C-17 Globemaster III təyyarəsini yerləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı"Financial Times" (FT) qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri həmçinin Yaxın Şərqə havada erkən xəbərdarlıq və idarəetmə təyyarəsi yerləşdirib.

Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin hərbi strategiya üzrə eksperti Bekki Vasserin sözlərinə görə, ABŞ regionda davamlı hərbi kampaniya üçün zəruri olan qüvvələr yerləşdirib və bu qoşunların artırılması boş bir təhdid deyil.

Daha əvvəl "The Wall Street Journal" öz mənbələrinə istinadən ABŞ-nin Tehranı nüvə sazişinin üçün əlverişli şərtlərini qəbul etməyə məcbur etmək və eyni zamanda tammiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və dövlət obyektlərinə məhdud hücum etməyi nəzərdən keçirdiyini bildirmişdi. Mənbələrə görə, belə bir hücum bir neçə gün ərzində həyata keçirilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax