ABŞ Hərbi Dəniz Qüvvələri 6-cı Donanma qitələrarası ballistik raketlərlə təchiz olunmuş strateji nüvə sualtı qayığının Ohio sinifli sualtı qayıqın Cəbəllütariq limanına çatdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, donanmanın yaydığı bəyanatda bu səfərin ABŞ-nin hərbi imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sarsılmaz öhdəliyini nümayiş etdirdiyi qeyd olunub.
Məlumata görə, sualtı qayıq mayın 10-da Cəbəllütariqə daxil olub.
Bəyanatda vurğulanıb ki, Ohio sinifli sualtı qayıqlardan buraxılan ballistik raketlər ABŞ-ın nüvə üçlüyünün ən mühüm komponentlərindən birini təşkil edir və strateji çəkindirmə gücünü təmin edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 14 ədəd Ohio sinifli sualtı qayığının hər biri 20 ədəd Trident II D-5 raketi daşımaq qabiliyyətinə malikdir.