Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca baş örtüyünün qadağan edilməsi ilə bağlı siyasi müzakirələr yenidən gündəmə gəlib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, mərkəzçi “Ufuklar” partiyasının prezidentliyə namizədi Philippe “France Inter” radiosuna müsahibəsində ifrat sağçıların hakimiyyətə gələcəkləri təqdirdə kamusal sahələrdə baş örtüyünü qadağan etmək üçün referendum keçirilməsi təklifini sərt tənqid edib.
Philippe baş örtüyünə şəxsi münasibətinin fərqli ola biləcəyini, lakin onun qadağan edilməsini dəstəkləmədiyini bildirib. O, “Milli Birlik” (RN) partiyasının bu təşəbbüsünü konstitusiyaya zidd hesab edərək, belə bir addımın “skandal” olduğunu vurğulayıb.
Siyasətçinin sözlərinə görə, müsəlman vətəndaşlarla qarşıdurma yaratmaq Fransa üçün təhlükəli ola bilər. O, dini azadlığın respublikanın əsas prinsiplərindən biri olduğunu və bu hüququn məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.
Qeyd edək ki, “Milli Birlik” partiyasının millət vəkili Jean-Philippe Tanguy daha əvvəl seçkilərdə qalib gələcəkləri təqdirdə baş örtüyü taxan şəxslərə qarşı cərimələrin tətbiq ediləcəyini açıqlayıb. Bu bəyanat Fransada geniş müzakirələrə səbəb olub.
Hazırda Fransada dövlət qulluqçuları üçün dini simvollarla bağlı məhdudiyyətlər, 2004-cü ildən etibarən isə dövlət məktəblərində aşkar dini simvolların istifadəsinə qadağa qüvvədədir.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək prezident seçkilərində iki dəfə ardıcıl prezident seçilən Emmanuel Makron namizədliyini irəli sürə bilməyəcək.