Bakıda müşahidə edilən yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib. Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişiklik edilib və eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən yollarda diqqətli olmaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.