Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya işgüzar səfərə yola düşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Belqradın Nikola Tesla beynəlxalq hava limanında spikeri Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin əsas məqsədi Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etməkdir.