Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreya İspaniyaya özüyeriyən artilleriya qurğuları tədarük edəcək

2 dəq
Paylaş:
Cənubi Koreya İspaniyaya özüyeriyən artilleriya qurğuları tədarük edəcək

Cənubi Koreyanın müdafiə sənayesi "Hanwha " ilə İspaniyanın müdafiə şirkəti "Indra " arasında K9 artilleriya qurğularının tədarükünə dair saziş imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Hanwha Aerospace" nəzarət orqanlarına təqdim etdiyi hesabatda "Indra Sistemas" ilə müqavilə imzaladığını açıqlayıb, lakin sənəddə müqavilənin ümumi dəyəri və tədarük qrafiki barədə məlumat verilməyib.

Məlumata görə, müqavilə üzrə ilkin ödəniş ümumi məbləğin 20 faizini təşkil edəcək. Daha 5 faizlik ödənişin isə ilin sonunadək "Hanwha Aerospace"in hesabına köçürülməsi gözlənilir.

İspaniya ilə bağlanan saziş "Hanwha Aerospace" üçün Qərbi Avropada ilk müqavilə olacaq. Bununla da K9 özüyeriyən artilleriya sistemlərinin ixrac edildiyi ölkələrin sayı 11-ə çatacaq.

Hazırda K9 sistemləri Avstraliya, Hindistan, Misir, Norveç, Polşa, , Rumıniya, Türkiyə, Finlandiya və Estoniyaya tədarük edilib.

2025-ci ildə Cənubi Koreya Vyetnamın da 20 ədəd K9 almaq barədə razılaşma imzaladığını bildirmişdi.

2023-cü ildə isə "Hanwha Aerospace" Rumıniya Silahlı Qüvvələri üçün K9 özüyeriyən artilleriya qurğularının tədarükü üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 940 milyon dollar təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə