Əsas məzmuna keç

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki,...

Sosial şəbəkələrdə edən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

"Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa, tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olan linklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyə " ,- deyə məlumatda qeyd olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…