"Son vaxtlar Paşinyan hakimiyyətinin deyə bilmədiyi sözlər onun vasitəsilə deyilir" - Deputat

"Son vaxtlar Paşinyan hakimiyyətinin deyə bilmədiyi sözlər onun vasitəsilə deyilir" - Deputat
15.08.2023 16:45
Aa
dəq

"Ermənistan tərəfindən mənfi yönümlü bəyanatla iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin gecikdirilməsinə gətirib çıxara bilər".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisi deputatı Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, ermənilər saxta rəqəmlər irəli sürərək minlərlə insanın blokadada qalması ilə bağlı müxtəlif bəyanatlar yayırlar.

“Ermənistanda Edmond Manukyan adı ilə tanınan şəxs dəfələrlə Azərbaycan haqqında, eyni zamanda guya Qarabağda yaşayan ermənilərə qarşı törədilən qondarma "soyqırımı" haqqında danışır. Hətta bir neçə saxta rəqəmlər irəli sürərək guya 30 000-ə yaxın uşağın, 2 000-ə yaxın hamilə qadının, həmçinin minlərlə qoca və əlilin ac qalması ilə bağlı bəyanatlar yayır. Məlumdur ki, bütün bunlar absurd məsələlərdir. Edmond Manukyanın özü vaxtilə heç parlament seçkilərində qələbə qazanmayan bir siyasətçidir.”.

Arzu Nağıyev qeyd edib ki, özünün siyasətçi kimi qələmə verən Edmond Manukyan baş nazir vəzifəsinə də iddialı olub.

“Edmond Manukyan müxtəlif beynəlxalq təşkilatlar qarşısında Azərbaycana qarşı müxtəlif aksiyaların keçirməsi ilə tanınıb. Məlumdur ki, son vaxtlar məhz Paşinyan hakimiyyətinin deyə bilmədiyi sözlər onun vasitəsilə deyilir. Çünki bununla müəyyən siyasi dividend qazanmağa çalışır. Onun hər bir səsləndirdiyi məsələ, eyni zamanda BMT Şurasına müraciət etmə təklifi də, məlumdur ki, öz siyasi karyerasında yüksəlmək üçündür. Burada da əsas məsələ istənilən bəyanat Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin uzadılmasına, gecikdirilməsinə gətirib çıxarır və ümumiyyətlə, bu gün cəmiyyətdə, ictimaiyyətdə əsas problem aclıq, etnik təmizləmə, soyqırımı kimi bu təkrarlanan sözlərdən ibarətdir, çünki beynəlxalq qurumlar, xüsusilə, bu sözlərə həssasdırlar. Lakin bütün bunların hamısı yalandır”.

Deputatın fikrincə, erməni rəsmiləri Qarabağda yaşayan erməni icmasının taleyini düşünsə idilər, onlar üçün humanitar yardımın hansısa yolla aparılmasının heç bir bir fərq olmazdı.

“Azərbaycan dövləti olaraq Xarici İşlər Nazirliyi səviyyəsində onlara lazımi cavab və hansı istiqamətdə addımlar atılacağı ilə bağlı açıqlamalar verilib. Deməli, burada əsas məsələ dünyanın diqqətini bura cəmləmək istəyidir. Bu da baş tutmayacaq. Çünki biz müstəqil daxili və xarici siyasəti olan bir dövlətik, bizim Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə, eyni zamanda, hazırda müvəqqəti olaraq bölgədə yerləşmiş Rusiya sülhməramlı qüvvələləri ilə mütəmadi əlaqələrimiz var. Əgər erməni rəsmiləri, həqiqətən də, Qarabağda yaşayan erməni icmasının taleyini düşünsə idilər, onlar üçün humanitar yardımın hansı yolla aparılmasının heç bir fərqi olmazdı. Son zamanlar, bildiyimiz kimi, xəstələr və kontinget nümayəndələri Laçın yolu vasitəsilə həm Ermənistana, həm də əks istiqamətdə Qarabağa daxil olur. Sadəcə olaraq Edmond Manukyanı, necə deyərlər, ortalığa atmaqla həm Paşinyan hakimiyyətində olan müəyyən qüvvələr, həm də seperatçılar guya ki sözdə səfirin fikrini dünyaya çatdırmağa çalışırlar, lakin onların heç bir əsası yoxdur”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu