Əsas məzmuna keç

Son iki ayda 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib

Son iki ayda 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 əlilliyi olan 4 min 750 reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onlardan 312 nəfəri stasionar, 2 min 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…