Somali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
“COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edirik. Biz COP29-a uğurla ev sahibliyi etməsi və bu konfransda qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyə hazırıq”, - o bildirib.