Operativ Məlumat Mərkəzi

SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

1 dəq
Paylaş:
SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə...

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" SOCAR-a istinadən xəbər verir ki, memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

SOCAR-ın biləvasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər