SOCAR-ın xalis mənfəəti artıb

SOCAR-ın xalis mənfəəti artıb
25.06.2023 17:36
Aa
dəq

Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ili 9,424 milyard manat xalis mənfəətlə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,5 dəfə çoxdur.

Ötən il SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 119,228 milyard manat (əvvəlki ilə nisbətən 53,8 % çox), satışının maya dəyəri 104,526 milyard manat (52,2 % çox), paylaşdırma xərcləri 3,048 milyard manat (78,45 % çox), ümumi və inzibati xərcləri 1,851 milyard manat (27,1 % çox), əmlak, tikinti və avadanlıqların silinməsi hesabına zərəri 0,001 milyard manat (əvvəlki il gəlir olub), sosial xərcləri 0,214 milyard manat (18 % az), kəşfiyyat və qiymətləndirmə xərcləri 0,007 milyard manat (78,1 % az), gözlənilən kredit zərəri 0,245 milyard manat (3,6 dəfə çox), sair əməliyyat gəlirləri 0,999 milyard manat (26,3 % çox), sair əməliyyat xərcləri 0,973 milyard manat (18,6 % az), effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 0,367 milyard (62,4 % çox), maliyyə xərcləri 1,537 milyard manat (23,3 % çox), məzənnə fərqindən zərəri 0,498 milyard manat (35,4 % az), Xalis monetar mövqe üzrə gəlirləri 0,666 milyard manat (əvvəlki il olmayıb), birgə müəssisələrin maliyyə nəticələrində pay üzrə gəlirləri 1,475 milyard manat (əvvəlki il zərər olub), asılı müəssisələrin maliyyə nəticələrində pay üzrə gəlirləri 1,028 milyard manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,439 milyard manat (23,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə SOCAR-ın aktivləri 80,835 milyard manat olub ki, bu da illik müqayisədə 16,55 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,9% artaraq 47,5 milyard manata, balans kapitalı isə 46,5 % artaraq 33,335 milyard manata, o cümlədən nizamnamə kapitalı 0,25 % artaraq 4,76 milyard manata çatıb.

Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu