Operativ Məlumat Mərkəzi

SOCAR-ın keçmiş vitse-prezidenti vəfat edib

2 dəq
Paylaş:
SOCAR-ın keçmiş vitse-prezidenti vəfat edib
bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov paylaşım edib. “Bəhrəm gözəl mütəxxəssis, "Əməkdar mühəndis" və çox yaxşı insan idi. Yeni binaya...

SOCAR-ın geologiya və geofizika məsələləri üzrə keçmiş vitse-prezidenti Bəhram Hüseynov vəfat edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov paylaşım edib.

“Bəhrəm gözəl mütəxxəssis, "Əməkdar mühəndis" və çox yaxşı insan idi. Yeni binaya köçəndən sonra, SOCAR Tower-də bir mərtəbədə otururduq. Əsl milli ruhlu rəhbər, Azərbaycan təəsübkeşi idi. BP şirkətindən dəvət alanda demişdi, nə vaxt lazım olsam həmən geri dönəcəyəm. Elə də oldu, təqaüdə çıxana qədər doğma şirkətimizdə Geologiya və geofizika məsələləri üzrə vitse-prezident kimi çox məsul vəzifədə çalışırdı. Dünən uzun sürən xəstəlikdən sonra, Bəhrəm dünyasını dəyişdi. Ruhun şad olsun qardaş, yerin cənnət olsun Bəhrəm müəllim!” – deyə paylaşımda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər