SOCAR ilin birinci yarısını mənfəətlə başa vurub

SOCAR ilin birinci yarısını mənfəətlə başa vurub
04.12.2023 14:39
Aa
dəq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin birinci yarısını 1,414 milyard manat xalis mənfəətlə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" SOCAR-ın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,4 faiz azdır. 2022-ci ilin ilk altı ayında SOCAR 4 milyard 624 milyon manat xalis mənfəət əldə etmişdi.

Yanvar-iyun aylarında şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz azalaraq 42 milyard 181 milyon manata, satışın maya dəyəri isə 29,6 faiz azalaraq 37 milyard 538 milyon manata bərabər olub. Ümumi və inzibati xərcləri 8,4 faiz artaraq 0,928 milyard manat, kəşfiyyat və qiymətləndirmə xərcləri 66,7 faiz artaraq 0,005 milyard manat, gözlənilən kredit zərəri 45,1 azalaraq 0,045 milyard manat, sair əməliyyat gəlirləri 16,6 faiz artaraq 0,492 milyard manat, sair əməliyyat xərcləri 10 faiz artraq 0,276 milyard manat, maliyyə xərcləri 4,8 faiz azalaraq 0,771 milyard manat təşkil edib.

Bu ilin 6 ayı ərzində şirkətin pul vəsaitləri 33,6 faiz azalaraq 8 milyard 291 milyon manat olub.

2023-cü ilin iyul ayının 1-nə SOCAR-ın aktivləri ilin əvvəli ilə müqayisədə 12,7 faiz azalaraq 70 milyard 351 milyon manata, cəmi öhdəlikləri isə 22,7 faiz azalaraq 36 milyard 722 milyon manata enib. Cari ilin iyun ayının 30-na şirkətin balans kapitalı 14,4 faiz artaraq 33,629 milyard manata, o cümlədən nizamnamə kapitalı 0,3 faiz artaraq 4,76 milyard manata çatıb.

Həftənin ən çox oxunanları

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb
DAVAMIN OXU davamın oxu

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb
DAVAMIN OXU davamın oxu