Operativ Məlumat Mərkəzi

SOCAR “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib

1 dəq
Paylaş:
SOCAR “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib
aksiya şirkətin baş ofisinin ərazisində keçiriib. Aksiyada SOCAR-ın prezidenti Rövşən Nəcəf, I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR...

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" SOCAR-a istinadən xəbər verir ki, aksiya şirkətin baş ofisinin ərazisində keçiriib.

Aksiyada SOCAR-ın prezidenti Rövşən Nəcəf, I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR Könüllüləri” qrupunun üzvləri simvolik olaraq üç ağac əkib.

SOCAR-ın vitse-prezidentlərinin və SOCAR prezidentinin müşavirlərinin də iştirakı ilə aksiya eyni gündə SOCAR-ın 20-dən çox müəssisə və təşkilatının ərazisində təşkil olunub və rəmzi olaraq ümumilikdə 1 923 ağac əkilib.

Tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazilərdə müvafiq abadlıq işləri də aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər