SOCAR Berlində “Uniper”lə Əlaqələndirmə komitəsinin 8-ci iclasında iştirak edib

SOCAR Berlində “Uniper”lə Əlaqələndirmə komitəsinin 8-ci iclasında iştirak edib
05.12.2023 10:22
Aa
dəq

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Uniper” şirkəti arasında enerji sektorunda davamlı tərəfdaşlığı təşviq edən Əlaqələndirmə komitəsinin 8-ci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın və “Uniper” şirkətinin rəhbər şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımlar, SOCAR-da insan resurslarının inkişafı sahəsində əldə olunan nailiyyətlər, “Uniper”in yeni strategiyası və biznes maraqları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda enerji keçidi ilə bağlı görülən işlər və SOCAR-ın gələcək layihələri ilə bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirinin, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərinin çıxışları dinlənilib, enerji sənayesinin inkişafına dair fikir və təcrübə mübadiləsi aparılıb.

İclasda tədbirin şirkətlər arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsi, enerji məsələləri və nəzərdə tutulan layihələr üzrə müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində SOCAR ilə “Uniper” şirkəti arasında “2024-cü il üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Qeyd edək ki, beynəlxalq enerji şirkəti olan “Uniper” qlobal müstəvidə çevik və aşağı karbonlu enerji həlləri üzrə ixtisaslaşıb. 2013-cü ildə Avropanın enerji təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin gücləndirilməsi məqsədilə “Uniper” və SOCAR şirkətləri arasında uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb. 2016-cı ildə enerji səmərəliliyinin inkişafı məqsədilə yaradılmış müəssisə bu əməkdaşlığın inkişafına xidmət edir.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu