Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu: Rayonlara qar yağacaq

2 dəq
Paylaş:
Sabahın hava proqnozu: Rayonlara qar yağacaq

Bakıda və yarımadasında martın 5-də havanın əsasən yağmursuz keçəcəyi, lakin bölgələrdə yağıntılı proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı və arabir tutulacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli hava müşahidə edilə bilər. Arabir güclənən şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz isə 6-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm-ə enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə xarakter alacağı ehtimalı var. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda temperatur gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Dağlarda isə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti proqnozlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax