Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyevin WUF13 çıxışı Moldova mətbuatının diqqətində

2 dəq
Paylaş:
İlham Əliyevin WUF13 çıxışı Moldova mətbuatının diqqətində

Moldovanın “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının () rəsmi açılış mərasiminə dair geniş məqalə dərc edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məqalədə İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi rəsmi açılış mərasimi, həmçinin WUF13-ün əhəmiyyəti barədə geniş məlumat verilib. Yazıda Prezidentinin çıxışından sitatlar təqdim olunub.

İlham Əliyevin Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də “Böyük Qayıdış” proqramı ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.

Məqalədə dövlətimizin başçısına istinadla qeyd olunur ki, forumda qeydiyyatdan keçmiş iştirakçılar rekord saydadır, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ü ilyarım əvvəl baş tutmuş COP29-dan sonra indiyə qədər Azərbaycanda keçirilən ikinci ən böyük tədbirə çevirir. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax