Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”
07.06.2023 14:42
Aa
dəq

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Slovakiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Slovakiya və Azərbaycan arasında intensiv siyasi dialoq və yüksək səviyyəli təmaslar qurulub. İkitərəfli münasibətlərimizdə bir çox sahələrdə əməkdaşlığımızın daha da inkişafına ciddi maneə yoxdur. Biz Azərbaycanın Slovakiyada səfirlik açmaq qərarını yüksək qiymətləndiririk. Bunu qarşılıqlı addım, dostluq münasibətlərimizin təsdiqi və əməkdaşlığımızın intensivləşdirilməsində maraqlı olduğumuzun ifadəsi kimi qəbul edirik”, - XİN-dən bildiriblər.

Qeyd olunub ki, Slovakiya Azərbaycanı iqtisadi imkanlarla zəngin ölkə kimi qəbul edir: "Biznes potensialının araşdırılması bizim əsas prioritetlərimizdən biridir. Ümumilikdə, hazırkı səylərimiz daha dayanıqlı əsas yaratmağa və iqtisadi əməkdaşlığımıza daha sistemli yanaşma nümayiş etdirməyə yönəlib. Bu məqsədlə biz bir çox sahələrə daha çox diqqət ayırırıq”.

Həftənin ən çox oxunanları

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Çexiya Baş naziri ilə görüşüb

İlham Əliyev Çexiya Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti Oksfordda Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Oksfordda Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNİB

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu