Operativ Məlumat Mərkəzi

Siyəzəndə torpaq sürüşməsi olub

1 dəq
Paylaş:
Siyəzəndə torpaq sürüşməsi olub
Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər