Siyavuş Novruzov: Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır

Siyavuş Novruzov: Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır
14.06.2024 12:47
Aa
dəq

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, digər ölkə vətəndaşlarına tətbiq edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil.

“Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsidir, bibinəvəsidir, uzaqqohumdur, gəlir evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, milliyyətcə Azərbaycanlıdır. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”, - deputat bildirib.

Həftənin ən çox oxunanları

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
DAVAMIN OXU davamın oxu

Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib

Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib
DAVAMIN OXU davamın oxu

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna dəyişiklik edilib

DAVAMIN OXU davamın oxu

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun gələn il qüvvəyə minəcək

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun gələn il qüvvəyə minəcək
DAVAMIN OXU davamın oxu

Ombudsman Aparatında ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

Ombudsman Aparatında ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib
DAVAMIN OXU davamın oxu