Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.
Qeyd olunub ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib: “Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”.
12:04***
Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çingiz Aslanovun meyiti Təzə Pir məscidinə aparılıb.
Onun bu gün dəfn olunacağı aşıqlanıb.
Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.
Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.