Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Şimali Makedoniyada prezident seçkiləri keçirilir
24.04.2024 09:27
Aa
dəq

Şimali Makedoniyada prezident seçkiləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək və onlar dövlət başçısı vəzifəsinə yeddi namizəddən birini seçəcəklər.

Ekspertlərin fikrincə, bu vəzifəyə əsas namizədlər Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı prezident Stevo Pendarovski və ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilabi Təşkilatı - Makedoniya Milli Birliyi Naminə Demokratik Partiyası”nın namizədi Siljanovska-Davkova Qordanadır. Hər iki siyasətçi 2019-cu il prezident seçkilərinin ikinci turunda iştirak edib.

Dövlət Seçki Komissiyasının məlumatına görə, respublikada 3 480 seçki məntəqəsində saat 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 09:00-dan 21:00-dək) səsvermədə 1 814 317 vətəndaş iştirak edə bilər ki, onların da 2,5 mindən çoxu xaricdəki səfirliklərdə və konsulluq idarələrində səs vermək imkanına malikdir. Prezident seçkilərini 342 yerli və 568 xarici müşahidəçi izləyəcək.

Respublikanın Dövlət Seçki Komissiyası lazımi sayda seçici imzasını, yəni 10 mindən çox seçici və ya 30-dan çox deputat imzasını toplayan yeddi namizədin siyahısını təsdiq edib. Milli qanunvericiliyə uyğun olaraq, seçkilərin baş tutmuş sayılması üçün qeydə alınmış seçicilərin azı 40 %-i iştirak etməlidir. Əks halda yenidən prezident seçkiləri keçiriləcək.

Həftənin ən çox oxunanları

İsrail Qəzzada dinc əhalinin toplaşdığı ərazini hədəfə alıb

İsrail Qəzzada dinc əhalinin toplaşdığı ərazini hədəfə alıb
DAVAMIN OXU davamın oxu

Küveytdə yeni hökumət and içib

Küveytdə yeni hökumət and içib
DAVAMIN OXU davamın oxu

Sinqapurun baş naziri Li 20 illik hakimiyyətdən sonra istefa verib

Sinqapurun baş naziri Li 20 illik hakimiyyətdən sonra istefa verib
DAVAMIN OXU davamın oxu

Qəzzada ölənlərin sayı 35 min 233-ə yüksəlib

Qəzzada ölənlərin sayı 35 min 233-ə yüksəlib
DAVAMIN OXU davamın oxu

Əfqanıstanda hərbi helikopterin qəzaya uğrayıb, ölən var

Əfqanıstanda hərbi helikopterin qəzaya uğrayıb, ölən var
DAVAMIN OXU davamın oxu