Operativ Məlumat Mərkəzi

Şimali Koreya lideri raket buraxılış qurğularının istehsalı zavoduna baş çəkib

1 dəq
Paylaş:
Şimali Koreya lideri raket buraxılış qurğularının istehsalı zavoduna baş çəkib
bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, KXDR rəhbəri nüvə yayındırıcılığının gücləndirilməsinin vacibliyini vurğulayıb....

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketlərin (QBR) mobil buraxılış qurğularının istehsalı zavoduna baş çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, KXDR rəhbəri nüvə yayındırıcılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Agentliyin məlumatına görə, zavoda səfəri zamanı Kim Çen In müxtəlif taktiki-strateji silahlar üçün reaktiv daşıyıcı raketlərin istehsal gücünün artırılması ilə bağlı tədbirlər görmək barədə göstəriş verib və zavodun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər