Əsas məzmuna keç

Si Cinpin: Azərbaycanla Çin arasında əlaqələr inkişaf edir

Si Cinpin: Azərbaycanla Çin arasında əlaqələr inkişaf edir

bunu Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib. Si Cinpin...

ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətləri qurulub və hazırda hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Çin Respublikasının Sədri Si Cinpin deyib.

Si Cinpin İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunub.

Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan , rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…