Şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi istiqamətində işlər görülür

Şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi istiqamətində işlər görülür
04.02.2024 16:29
Aa
dəq

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində görülən işlər plana uyğun davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir.

Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və jurnallar oxuyurlar.

Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl olunması, fərdi tərbiyə və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyi qeyd edilib.

Ümumilikdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

Həftənin ən çox oxunanları

Azərbaycanın döyüş gəmiləri şərti düşmənin suüstü və hava hədəflərini məhv edib

Azərbaycanın döyüş gəmiləri şərti düşmənin suüstü və hava hədəflərini məhv edib
DAVAMIN OXU davamın oxu

Xüsusi təyinatlılara taktiki-xüsusi təlim keçirilib

Xüsusi təyinatlılara taktiki-xüsusi təlim keçirilib
DAVAMIN OXU davamın oxu

MN: Sabah gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək

MN: Sabah gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək
DAVAMIN OXU davamın oxu

Baş Qərargah rəisi komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində hazırlığını izləyib

Baş Qərargah rəisi komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində hazırlığını izləyib
DAVAMIN OXU davamın oxu

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
DAVAMIN OXU davamın oxu