Livan Səhiyyə Nazirliyi aprelin 6-da İsrail qüvvələrinin Beyrutun cənubundakı Əl-Cana məhəlləsiyə hücumu nəticəsində yeddi nəfərin öldüyünü, səkkiz uşağın da daxil olduğu 54 nəfərin yaralandığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məlumatı Livan Milli Xəbər Agentliyi (NNA) yayıb.
Məlumatda qeyd olunub ki, aprelin 6-da İsrail ordusu Livanın cənubundakı sakinləri evlərini tərk etməyə və Zəhrani çayının şimal sahilinə köçməyə çağırıb. Bundan əvvəl ordu Beyrutun cənub ətrafı sakinlərinə də evlərini tərk etmələri üçün təcili çağırış etmişdi.
"Hizbullah" Livanın sərhəd bölgələrində İsrail mövqelərinə və texnikasına zərbələr endirdiyini bildirib.