Şərur və Sədərək rayonlarında baş verən yanğınlar söndürülüb

Şərur və Sədərək rayonlarında baş verən yanğınlar söndürülüb
13.08.2024 20:07
Aa
dəq

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot bağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalı ekskavatorda yanğınların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6300 kiloqram ot bağlaması yanıb. 7200 kiloqram ot bağlaması, sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu