Sertifikasiyadan keçə bilməyən 605 müəllim işdən çıxarılıb

Sertifikasiyadan keçə bilməyən 605 müəllim işdən çıxarılıb
04.09.2023 14:49
Aa
dəq

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, mövzu ilə bağlı suallar 4 avqust saat 16:00-da Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayım üzərindən cavablandırılacaq.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu