Əsas məzmuna keç

Sergey Aleynik Azərbaycana səfər edəcək

Sergey Aleynik Azərbaycana səfər edəcək

Belarusun naziri Sergey Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…